
ABŞ prezidenti Co Bayden çıxış edərkən Rusiya prezidenti Vladimir Putinin adını səhv tələffüz edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Bayden Ağ Evdə Vaşinqtonun Moskvaya qarşı siyasətindən danışarkən Rusiya lideri Vladimir Putinin adını Klutin deyə səsləndirib. ABŞ prezidenti qısa müddət sonra səhvini düzəldərək çıxışına davam edib.
Qeyd edək ki, Co Bayden çıxış edərkən dəfələrlə bənzər səhvlərə yol verib.