Bakıda ana və körpəsini maşın vurub, körpə həyatını itirib


Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Ramana qəsəbəsində baş verib.

Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov həyatını itirib. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.//apa

DİGƏR XƏBƏRLƏR

Top