Rusiya 53 il sonra yenidən zirehli texnikalara döyüş boyası vurdu - FOTO


Rusiya tərəfindən Ukrayna sərhədinə yerləşdirilmiş zirehli texnikaların üzərinə çəkilmiş ağ boya dünyanın diqqətini cəlb edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən texnikaların görüntüsü tviter istifadəçisi tərəfindən çəkilərək paylaşılıb. Belə ki, hərbi texnikaların üzərinə çəkilmiş döyüş boyası adlandırılan ağ rəngin mənası müharibə anında texnikaların kimə məxsusluğunu tez ayırd etmək üçün nəzərdə tutulur. Bu addım insanlar tərəfindən Rusiyanın “Ukrayna və ABŞ-a qarşı döyüşə hazırıq” mesajı verməsi kimi dəyərləndirilib.
Qeyd edək ki, Rusiya eyni addımı 53 il əvvəl soyuq müharibə vaxtı həyata keçirib. Belə ki, 1968-ci ildə Çexoslovakiyaya daxil olan Sovet qoşunlarına məxsus tanklar da ağ rənglə boyanmışdı.



 

DİGƏR XƏBƏRLƏR

Top