Mingəçevirdə Ağsaqqallar Şurasının iclası keçirilib


Mingəçevir şəhər Ağsaqqallar Şurasının iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, Mingəçevirdə Ağsaqqlar şurasının iclası keçirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan respublikası Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov və YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov iştirak ediblər. İclas YAP-ın şəhər təşkilatının konfrans zalında keçirilib.  Tədbirə giriş sözü ilə başlayan İlham İsmayılov qonaqları salamlayıb. İştirakçılar Azərbaycanın suverenliyi və ərzi bütövlüyü uğrunda şəhid olanlkarın xatirəsi yadd edilib. Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin üzvü Eldar İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi əsasında yeni formalaşmış ağsaqqallar şurasının tərkibi, əsasnaməsi və şuranın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
Həmçinin qeyd edilib ki, Azərbaycan dövlətinin müstəqillik tarixindən ötən 30 illik dövr ərzində respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin siyasətinə daim sadiq olmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi böyük missiyaya hər zaman dəstək vermiş, daim gənclərin bu ruhda tərbiyəsi və fəaliyyətləri üçün dəyərli tövsiyələrini əsirgəməmişlər.
Sonda təşkilati məsələlər müzakirə olunub.

 

DİGƏR XƏBƏRLƏR

Top