İlham Əliyevlə Lukaşenko arasında maraqlı dialoq: “Ümid edirəm sən buna qarşı çıxmazsan” – VİDEO


Azərbaycan prezidenti İlham Əliyevlə Belarus prezidenti Aleksandr Lukaşenkonun birgə keçirdiyi mətbuat konfransında maraqlı dialoq yaşanıb.
Yeniavaz.com xəbər verir ki, Lukaşenko İlham Əliyevin Qarabağ problemini həll etmək üçün Ermənistana pul təklif etdiyini xatırladıb: “Mən, İlham Heydər oğlunun erməni xalqına və Ermənistan rəhbərliyinə bu münaqişəni nizamlamaq üçün etdiyi təklif barədə bəzi şeylər danışacam. Onun mənə dediyi təkliflərdən biri belə idi: “Qulaq as, sən ermənilərə çatdır, onlarla yaxşı münasibətlərin var, mən təkcə Qarabağın bərpasına hazır deyiləm, Ermənistanı da dirçəltməyə hazıram – “o vaxt neft yüz dollar olanda sən mənə bunu dedin”- mən, hətta indi ödəməyə hazır olduğum məbləği demirəm. Onlara çatdır ki, bu məsələni dinc yolla həll etmək lazımdır”.
Lukaşenko daha sonra bu məsələni ilk dəfə açıqladığını bildirib: “Ancaq, mən bunu ilk dəfə açıqlayıram. Düşünürəm ki, sən mənim bunları deməyimə qarşı deyilsən”.
İlham Əliyev isə “Aleksandr Qriqoryeviç, nə istəyirsən danış, sən artıq hər şeyi dedin”,- deyə bildirib.
Həmin görüntüləri təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top