Moskvada üç piyadanı vuran azərbaycanlı repçiyə hökm oxundu


Moskvanın mərkəzində avtomobillə üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Xamovniçeski Məhkəməsinin hökmü ilə repçi E.Quliyev 4 il müddətində həbs cəzasına məhkum edilib. Bundan başqa, o, 3 il sürücülük hüququndan məhrum edilib.
Məhkəmə zalında E.Quliyev zərərçəkənlərin iddialarını qəbul edib və onlara bir milyon yarım rubl, həmçinin müalicə xərclərini ödəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, E. Quliyev 21 sentyabr 2020-ci il tarixində Moskvanın mərkəzində idarəetməni itirərək avtomobillə yol kənarındakı üç piyadanı vurub. Piyadalar ağır bədən xəsarətləri alıblar. Buna görə də E.Quliyev sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozmaqda, səhlənkarlıq nəticəsində sağlamlığa ciddi zərər vurmaqda təqsirli bilinib.

DİGƏR XƏBƏRLƏR

Top