Türkiyə Ukraynaya satdığı PUA-larla bağlı Rusiyanın tənqidlərinə cavab verdi


Türkiyəni Ukraynaya pilotsuz uçuş aparatları satmaqda günahlandıran Rusiya xarici işlər naziri Sergey Lavrova rəsmi Ankara cavab verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin yüksək səviyyəli diplomatik mənbələri Rusiyanın bu narahatlığına aydınlıq gətirib: “Rusiya da PUA almaq istəyərsə, onlara da satarıq. Oturub danışaraq şərtlərdə razılığa gələ bilərik. Biz digər ölkələr kimi qabaqlayıcı şərt qoymuruq. PUA-lar Rusiya və ya başqa ölkələrə qarşı hazırlanmayıb. Kim PUA almaq istəyərsə, sata bilərik”
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri bir neçə gün əvvəl Türkiyəni Ukraynaya pilotsuz uçuş aparatları satdığı üçün xəbərdarlıq göndərmişdi.

DİGƏR XƏBƏRLƏR

Top