Zelenski biri erməni olmaqla 3 nəfəri vətəndaşlıqdan çıxardı


Ukrayna prezidenti Vladimir Zelenski 3 nəfərin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb.
Yeniavaz.com
“RBC.RU”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının mətbuat xidmətindən məlumat verilib.
Zelenskinin Ukrayna vətəndaşlığından çıxardığı şəxslər, Vadim Alperin (İsrail), Arayik Amirhanyan (Ermənistan), Aleksandr Yerimiçukdur (Rumıniya). Məlumatda qeyd olunur ki, onların vətəndaşlıqdan məhrum edilməsinə səbəb başqa ölkənin vətəndaşı olmaları olub.
Ölkədə 2 apreldə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən 10 qaçaqmalçıya qarşı sanksiya tətbiq edilib ki, onlardan ikisi yuxarıda adı sadalanan Alperin və Erimiçuk olub.
Zelenski Ukrayna tarixində ilk dəfə olaraq vətəndaşlara qarşı şəxsi sanksiyalar tətbiq olunduğunu bildirib.
Qeyd edək ki, 79 şirkətə qarşı sanksiya tətbiq olunub.

DİGƏR XƏBƏRLƏR

Top