Yevlaxda baş verən yanğında 53 yaşlı qadın ölüb - VİDEO


Yevlaxda yerləşən cücə sexində yanğın olub. Hadisə zamanı bir nəfər yanaraq dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Aşağı bucaq kəndində baş verib. 1968-ci il doğumlu Səidə Hüseynova dünyasını dəyişib. Yanğın zamanı ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 520 m² olan cücə sexinin yanar konstruksiyaları 360 m² sahədə yanıb. Yanğının hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Esmira Hidayətova, Yevlax 

DİGƏR XƏBƏRLƏR

Top