Lukaşenko İlham Əliyevin oğlundan danışdı – VİDEO


Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında İlham Əliyevin oğlundan danışıb.
Yeniavaz.com
xəbər verir ki, Lukaşenko İlham Əliyevin oğlu ilə bağlı danışaraq onun Bakıda təhsil aldığına diqqət çəkib. O, “Bildiyimə görə, sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur” - deyə müraciət edib. İlham Əliyev isə cavabında, “Bakıda ali məktəbi bitirib, orduda xidmət edib” - deyə bildirib. Dialoqun davamında Lukaşenko, “bu, onun başucalığıdır, əgər prezident öz uşağını Bakıdakı ali məktəbdə oxudursa, deməli bu, dəyərli ali məktəbdir. Vaxtilə biz də bunu qeyd etmişik” - deyə vurğulayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top