4 ildə Türkiyəyə 86 min azərbaycanlı köçüb – 43,5 min türk isə Azərbaycana gəlib


2016-2019-cu illərdə 85 min 957 nəfər Azərbaycan vətəndaşı Türkiyəyə köçüb.

Yeniavaz.com Türkiyənin rəsmi qurumlarından açıqlanan məlumatlara istinadən bildirir ki, Azərbaycandan Türkiyəyə köçənlərin 43 min 73 nəfərini kişilər, 42 min 884 nəfərini qadınlar təşkil edib.
Qeyd olunan 4 il ərzində Azərbaycana köçən Türkiyə vətəndaşlarının sayı isə 43 min 480 nəfər olub və onların 24 min 994 nəfəri kişi, 18 min 486 nəfəri isə qadın olub.

DİGƏR XƏBƏRLƏR

Top