Azərbaycanlılar Türkiyədən nə qədər ev alıblar? – İllər üzrə SİYAHI


Bu ilin ilk 3 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 251 mənzil, mart ayı ərzində isə 106 mənzil alıblar. 
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2020-ci ilin yanvar-mart aylarında azərbaycanlılar Türkiyədən builkindən 33 mənzil çox - 284 mənzil satın alıblar.
Lakin, qeyd etdiyimiz kimi, bu ilin mart ayında azərbaycanlılar Türkiyədən 106 mənzil satın alıblar və bu ötən ilin mart ayındakı göstəricidən 11 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 3 ayı ərzində Türkiyədən ümumilikdə 9 min 992 mənzil satın alıblar. Yanvar-mart ayında Türkiyədə ev alan əcnəbilər arasında İran (1 599), İraq (1 461), Rusiya (938), Əfqanıstan (700), Qazaxıstan (354), Almaniya (303), Yəmən (287), Fələstin (262), Azərbaycan (251), Çin (235) və Misir (233) vətəndaşları üstünlük təşkil edib.
Onu da bildirək ki, son ildə 6 ildə Azərbaycan vətəndaçları Türkiyədn 6 min 87 mənzil alıblar:
İllər Mənzillərin sayı
2015 815
2016 610
2017 942
2018 1 250
2019 1 191
2020 1 279
Cəmi 6 087

DİGƏR XƏBƏRLƏR

Top