
Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə Qarabağ məsələsini müzakirə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Aleksandr Lukaşenkonun Azərbaycana yeni həyata keçirilmiş səfəri kontekstində Qarabağ məsələsinin nizamlanması mövzusuna da toxunuldu", - deyə bildirilib.
Putin və Lukaşenko müxtəlif mövzularda təmasları davam etdirmək barədə də razılığa gəliblər.