Ərdoğanın Aİ rəsmilərilə qalmaqallı görüşündən sonra otaqdakı daha bir detal gündəm oldu – TABLO


Ərdoğanın Aİ rəsmiləri ilə görüşdüyü otaqdakı bir detal xarici mətbuatda diqqət mərkəzinə çevrilib.
Yeniavaz.com
xəbər verir ki, bir neçə gün əvvəl İsveçrənin “Blick” qəzetində Ərdoğanın Aİ rəsmiləri ilə görüşdüyü otaqda asılan tablo ilə bağlı xəbər yayımlanmışdı. Qəzet İsveçrədə yerləşən “Matterhorn” dağının tablosunun Ərdoğanın görüş otağına necə gəlib çıxması ilə bağlı səfirliyə sorğu göndərmişdi. Qısa müddət sonra həmin tablo ilə bağlı suallar cavablandırılıb. Belə ki, “Matterhorn” dağı əsərinin türkiyəli hərbçi, rəssam Yüzbaşı Nuri tərəfindən çəkildiyi məlum olub. Tablonun 27 noyabr 2011-ci ildə 10 min franka (18 min manat) İsveçrədən satın aldığı qeyd edilib. Qəzetin verdiyi məlumata görə, həmin əsərdə əks etdirilən “Matterhorn”, İsveçrədəki həmin dağıN əsli ilə uyğun gəlmir. Fotonun fərqli olduğu və Yüzbaşı Nurinin dağın digər rəsmlərini gördükdən sonra fərqli yerdə, təxəyyülündə canladığı kimi çəkdiyi bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğanla Aİ liderlərilə həmin görüşü qalmaqala səbəb olmuşdu. Belə ki, Almaniya mətbuatı burada tətbiq edilən protokolun səhv olduğunu iddia etmişdi. Xəbərə görə, iclas otağında Aİ və Türkiyə bayrağı olduğu müddətdə, prezident Ərdoğan və Aİ Komissiyasının sədri Ursula von der Leyen oturmalı idilər.

DİGƏR XƏBƏRLƏR

Top