
Danimarkada Əczaçılıq Agentliyinin Farmakologiya Departamentinin direktoru Tanya Eriksen canlı efir vaxtı huşunu itirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Danimarka rəsmilərinin “AstraZenaca” peyvəndindən tamamilə imtina xəbəri verdiyi vaxt baş verib. Belə ki, Danimarka Farmakologiya Departamentinin direktoru Tanya Eriksen mövzu ilə bağlı canlı efirdə çıxış edərkən qəfildən huşunu itirib. Bunu görən ətrafdakı şəxslər təcili tibbi yardım göstərməyə başlayıb. Qısa vaxt sonra ayılan Eriksen salonu tərk edib.
Həmin görüntüləri təqdim edirik: