İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi - FOTOLAR


Ağstafa RİH-in Vətən müharibəsi iştirakçısı olan əməkdaşı yüksək vəzifəyə təyin olunub.
Yeniavaz.com
 xəbər verir ki, Ağstafa RİH başçısı Seymur Orucov Qədiməliyev Ariz Raquf oğlunu aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edib.
A.Qədiməliyev 2017-ci ilin fevral ayından Ağstafa RİH başçısı aparatının baş mütəxəssis-komendant vəzifəsində işləyib.
44 günlük Vətən müharibəsinin ilk günündən ehtiyatda olan zabit kimi ordu sıralarına qatılıb.
Kəlbəcər və Şuşanın azad olunması uğrunda gedən hərbi əməliyyatların iştirakçısı olub.

DİGƏR XƏBƏRLƏR

Top