Rafael Ağayev Neymarla birlikdə ən yaxşılar sırasına daxil edildi


Tokionun ev sahibliyi ilə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduz idmançıların adları açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, "Globoesporte" nəşri 100 gündən sonra başlayacaq turnirdə idmanın müxtəlif növləri üzrə çıxış edəcək 100 ən yaxşı idmançının siyahısını hazırlayıb.
Ən yaxşı idmançılar arasında karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev də yer alıb. Karateçimiz idmanın bu növü üzrə siyahıya düşməyi bacaran tək idmançıdır. 
Brazilya millisinin və PSJ-nin aparıcı futbolçusu Neymar, ispaniyalı tennisçi Rafael Nadal, serbiyalı Novak Cokoviç və isveçrəli Rocer Federer, ABŞ tennisçisi Serena Uilyams, basketbolçular Lebron Ceyms və Stefan Karri kimi digər ulduz simaların adları da “100-lük”ə daxil edilib.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top