
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov Ermənistanın Baş Qərargah rəisi Artak Davtyanla görüşüb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, görüş vaxtı Gerasimov Ermənistanı Qafqazda Rusiyanın əsas müttəfiqi və ortağı adlandırıb.
Gerasimov həmçinin qeyd edib ki, Ermənistan və Rusiya həm ikitərəfli, həm də beynəlxalq səviyyədə olan əməkdaşlığı gücləndirirlər.