Sumqayıtda stadionun ortasından yol çəkildi - VİDEO

Sumqayıt Dövlət Universitetinin ərazisində olan stadion iki hissəyə ayrılaraq ortasında yol çəkilib.
Yeniavaz.com Baku TV-yə istinadən xəbər verir ki, stadionun içindən çəkilən yolun hər iki tərəfinə ağac və gül kolları da əkilib. 
Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elmar Xəlilov Baku TV-yə bildirib ki, 15 il əvvəl idman dərsləri tədris planında yer alsa da, sonradan respublikada təhsilin Bolonya sisteminə keçidi bu sahəni tamamiylə ləğv edib: “Bu səbəbdən SDU-da belə bir stadionun mövcudluğuna lüzum görülməyib. Tələbələr üçün universitet daxilində qapalı yaşıl örtüklü stadion var. Mini-futbol meydançası yaradılıb. SDU-nun idman zalında hər cür şərait var”.
Ətraflı süjeti təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top