
Ağ Evdə kamera qarşısına çıxan prezident Co Bayden uzun müddətdir davam edən müharibənin bitməsi üçün ABŞ ordusunu Əfqanıstandan çıxarmağa qərar verdiyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, prezident ABŞ ordusunun mayın 1-də Əfqanıstandan çıxarılmasına start veriləcəyini bildirib.
Bayden bu məsələdə tələsməyəcəklərini, prosesin mayın 1-dən başlayaraq sentyabrın 11-nə kimi tamamlayacaqlarını bildirib. ABŞ prezidenti bu müddət ərzində müttəfiqlərlə əməkdaşlıq edəcəklərini bildirərək, bölgədəki digər dövlətlərdən (Rusiya, Çin, Hindistan və Türkiyə) dəstək istəyəcəklərini qeyd edib.