Psixoloji sarsıntı keçirən qazinin ailəsi danışdı - VİDEO


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə ağır vəziyyətdə olan Vətən müharibəsi qazisi Tarıverdiyev Şahmar Şaban oğlunun müalicəyə ehtiyac olması ilə bağlı görüntülər yayılmışdı. Ağdaş rayon Ovçulu kəndində yaşayan 1995-ci il təvəllüdlü qazinin psixoloji vəziyyətinin yerində olmadığı bildirilirdi. Görüntülərdən sonra onun 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirildiyi deyilir.

Qazinin valideynləri Baku TV-yə açıqlama verərək oğullarının vəziyyəti ilə bağlı danışıblar, günün əksər saatlarında şiddətli sarsıntı keçirdiyini qeyd ediblər.

Qazinin anasının sözlərinə görə, dekabrın 31-də partlayış olub və nəticədə oğlu ağır beyin zədəsi alıb: “Beyninə qan gəlib, sonra qan dayanıb və beynində quruyub qalıb, tormozlanma yaranıb. İki dəfə Bakıya hərbi hospitala, bir dəfə Mingəçevirdə xəstəxanaya aparmışıq. Maştağada xəstəxanaya yerləşdirdik, iynə vurub iki ayağını topal elədilər. İnsanı qara görür hücum edir. Elə bilir ermənidir gələn. Biz onu tutanda qışqırır ki, “qardaşlar, qoymayın, məni əsir götürürlər””. 

Qazinin atası Şaban Tarıverdiyev də oğlunun çətin vəziyyətdə olduğunu deyir: “Mən dözə bilməyəm, atayam. Kiçik qardaşını qonşuda yatırdıram. Onu heç görməyə gözü yoxdur. Qardaşını tutan kimi atılır üstünə. Mən onun bir qolunu tutub saxlaya bilmirəm. Anası kömək eləsə çətinliklə saxlayırıq”. 

Xatırladaq ki video yayılandan sonra Kamil Zeynallının köməyi ilə qazi Maştağada yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top