Myanma ordusu daha 2 etirazçını öldürdü, məscidə hücum etdi


Myanmada hərbçilər 2 etirazçını öldürüb, eyni vaxtda şəhərdəki məscidə hücum edərək yardım məqsədilə toplanmış pulları da müsadirə ediblər.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ordu mitinqdə iştirak edən bir qrup dövlət məmurunu nəzarətə götürmək istəyərkən nümayişçilər buna etiraz edib. Bundan sonra nümayişçilərlə ordu arasında qarşıdurma yaşanıb və mülki şəxslərə atəş açılıb. Nəticədə 2 nəfər həyatını itirib.
Qeyd edək ki, Myanmada dövlət çevrilişindən sonra öldürülən mülki vətəndaşların sayı 716 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top