Pedaqoji Universitetin Şəki filialı koronavirusa görə bağlandı


Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialı karantinə bağlanıb.

Yeniavaz.com xəbər verir ki, bunu universitetin mətbuat katibi Cavid Hüseynov apa-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, universitetdə dərslər distant formada təşkil olunur: “Nazirlər Kabinetinin qərarı ilə universitetin 30 faiz işçisi universitetdə işə davam edirdi. Hazırda həmin 30 faiz işçi arasında çoxlu sayda koronavirusa yoluxma qeydə alındığı üçün universitetdə iş rejimi 2 həftəlik karantinə bağlanıb”. 

DİGƏR XƏBƏRLƏR

Top