ABŞ-da polisin qaradərilini güllələyərək öldürməsindən sonra etirazlar şiddətlənib - VİDEO


ABŞ-da etirazların artması səbəbilə polis gücləndirilmiş iş rejiminə keçib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Minnesota ştatında Dante Rayt adlı qaradərilinin polis tərəfindən güllələnərək öldürülməsindən sonra kütləvi etirazlar yenidən alovlanıb. Aksiya artıq 4-cü gündür artaraq davam edir. ABŞ polisi etirazların təhlükəli həddə çatmasından ehtiyat edir. Bu səbəblə Minnesota ştatında təhlükəsizlik tədbirləri maksimum dərəcədə artırılıb. 
Xatırladaq ki, bir müddət baş verən Corc Floyd hadisəsi də Minnesota ştatında baş vermişdi. 

DİGƏR XƏBƏRLƏR

Top