
Ukraynanın paytaxtı Kiyevdə COVID-19 səbəbindən tətbiq olunan karantinin müddəti 30 aprelə kimi uzadılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarın verilməsinə səbəb günlük yoluxma sayının 20 mini ötməsi olub. Paytaxt Kiyev başda olmaqla, daha bir neçə şəhərdə sərtləşdirilmiş karantin 5 apreldən 16 aprelə kimi uzadılıb.
Qeyd edək ki, Kiyevdə karantinin uzadılmasına münasibət bildirən şəhər meri Vitali Kliçko vurğulayıb ki, karantinin vaxtı uzadılmayacağı halda tibb işçisi çatışmazlığı yaşaya bilərlər.