Rusiya Türkiyəyə olan aviareysləri dayandırdı


Rusiya Türkiyə və Tanzaniyaya olan aviareysləri məhdudlaşdırıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, buna səbəb həmin ölkələrdə koronavirusun artması olub. Qərara əsasən, Rusiya ilə Türkiyə arasında yük, sərnişin, çarter və bütün müntəzəm uçuşlar dayandırılacaq. Yalnız Moskva və İstanbul arasında müntəzəm uçuşlar saxlanılır. Tanzaniya ilə isə hər cür aviareyslər dayandırılıb. Rusiyada baş nazirin müavini Tatyana Qolikova koronavirusla bağlı vəziyyətin sabitləşəcəyi təqdirdə Tanzaniya və Türkiyə ilə uçuşların bərpa ediləcəyini qeyd edib. 

DİGƏR XƏBƏRLƏR

Top