Mingəçevirdə çimərlik yolu üzərindəki fərdi təsərrüfatlardan birində intihara cəhd hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, 1985-ci il təvəllüdlü Abdullayeva Ayşən Nazim qızı ailə münaqişəsi zəminində özünü yaşadığı evin həyətində asaraq öldürməyə cəhd edib.
Hadisədən tez xəbər tutan yaxınları onu həmin an ölümdən qurtarıb. Qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir