Baydenin Putinlə görüşmək təklifi ilə bağlı Kremldən AÇIQLAMA


Kreml ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə 3-cü ölkədə görüşlə bağlı verdiyi təklifə cavab gəlib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. Peskov görüşün təfərrüatları barədə danışmağın tez olduğunu bildirib:
"Bu yeni təklifdir, üzərində işləniləcək və analiz ediləcək".
Liderlərin görüş mövzusunu daha sonra diplomatik kanallarla müzakirə ediləcəyini vurğulayan Peskov ikitərəfli münasibətlərin qarşılıqlı maraqlara uyğun olaraq qiymətləndiriləcəyini bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top