Tanınmış qarmon ifaçısı COVID-19-dan dünyasını dəyişdi


Qarmon ifaçısı Nəbi Məmmədov koronavirusdan vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə müğənni Abbas Bağırov öz instaqram hesabında paylaşım edib. 

Onun sözlərinə görə, Nəbi Məmmədov bir həftədən çox koronavirusa yoluxub və səhhəti pisləşib. Virusla mübarizə aparan qarmon ifaçısı sonda COVID-19-un qurbanı olub.

Qeyd edək ki, 31 yaşlı N.Məmmədov Hüseyn Məmmədoğlunun ansamblında çıxış edib. Onun bir neçə gün öncə oğul övladı dünyaya gəlib. Bu zaman qarmon ifaçısı komada olub.

DİGƏR XƏBƏRLƏR

Top