“Baykar”ın texniki direktoru Selçuk Bayraktar Kanadanın PUA-larla bağlı Türkiyənin pilotsuz uçuş aparatları üçün bu ölkədən alınan hissələrə sanksiya tətbiqetməsinə qarşı münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Bayraktar bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Kameraların yenisini “ASELSAN” illər əvvəl edib. Çox uğurlu görür, yerli, hətta dünya bazarına da çıxarılır. Sanksiya sanki yeni bir şey imiş kimi sevinənlərə deyirəm ki, yenə də Şam şeytanları kimi hücuma keçə bilərsiniz”.
Qeyd edək ki, Kanada “Bayraktar”ların İkinci Qarabağ müharibəsində istifadə olunmasını əsas gətirərək pilotsuz uçuş aparatları üçün Türkiyəyə idxal etdiyi kameraların satışına qadağa qoyub.