Türkiyənin sabiq baş naziri vəfat etdi - FOTO


Türkiyənin sabiq baş naziri, parlamentin sabiq sədri Yıldırım Akbulut dünyasını dəyişib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yıldırım Akbulut aprelin 14-də müalicə aldığı Ankara Universitetinin xəstəxanasında 86 yaşında vəfat edib.
Qeyd edək ki, Yıldırım Akbulut 1935-ci ildə Ərzincan şəhərində doğulub. O, İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1984-1987-ci illərdə daxili işlər naziri olub. 1989-91-ci illərdə Türkiyənin baş naziri vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top