
Rusiya prezidentinin Əfqanıstandakı səfiri Zamir Kabulov ABŞ-ın öz əsgərlərini Əfqanıstandan çıxarılmasını təxirə salma planlarının ölkədəki sülh prosesini çətinləşdirəcəyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Kabulov məsələ ilə bağlı ABŞ-ın Əfqanıstandan qoşunlarını geri çəkmək planlarından danışarkən bu sözləri işlədib. Onun sözlərinə görə bu gecikmə ABŞ və Taliban arasındakı razılaşmanın açıq şəkildə pozulması deməkdir.