Bayden Putinlə telefonla danışdı, görüş təklif etdi


ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə 3-cü ölkədə görüş təklif etdiyi bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Açıqlamada bildirilib ki, ABŞ lideri Baydenlə Rusiya lideri Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı iki lider “New START” razılaşmasından, silahlara nəzarət və təhlükəsizlik problemlərinə dair dialoqların davam etdirilməsi də daxil omaqla, bir sıra regional və qlobal məslələrdən danışdıqları vurğulanıb.
Qeyd edək ki, Bayden danışıqlar vaxtı ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını vurğulayaraq bu ölkənin sərhədində baş verən hadisələrə də toxunub.

 

DİGƏR XƏBƏRLƏR

Top