Agentlik Milli Qəhrəmanın qardaşının iddialarına cavab verdi: "Podratçı şirkət təlimatlandırılıb" – VİDEO


Azərbaycanın Milli Qəhrəmanı Arif Qədiməliyevin qardaşı Mehman Qədiməliyevin Prezidentin sərəncamı ilə onlar üçün tikilən evin yarımçıq və keyfiyyətsiz materiallardan inşa edilməsi ilə bağlı iddiaları barədə xəbər vermişdik.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən Yeniavaz.com-a bildirilib ki, bəhs olunan evin vəziyyəti ilə əlaqədar fərdi evə baxış keçirilir: “Evin sanitar qovşaq və santexnika avadanlıqlarının qaydasında olduğu müəyyən edilib. Sayğac avadanlıqları alınıb və tezliklə evin kommunal təminatı həyata keçiriləcək. Eyni zamanda evin çəpərlənməsi təqdim olunan digər evlərdən istifadə olunan standarta uyğun həyata keçirilib. Sözügedən fərdi evlərin layihələrində qeyd olunan mətbəx avadanlıqları isə təqdim olunub. Evdə divar kağızları ev sahibinin daha bahalı divar kağızı tələbi ilə özü tərəfindən sökülüb. Döşəmənin vəziyyəti ilə bağlı podratçı şirkət təlimatlandırılıb”.

Xatırladaq ki, M. Qədiməliyev, müqavilədə göstərilsə də, evdə mətbəx mebelinin olmadığını, döşəmələrin nasaz olduğunu, yaxşı quraşdırılmadığını, evin ətrafındakı dəmir çəpərlərin yararsız olduğunu, hamam və qovşaqlar üçün santexnik cihazların quraşdırılmadığını iddi edirdi.
Qeyd edək ki, Milli Qəhrəmanın ailəsi üçün ev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Prezidentin 2014-cü il, 20 iyun tarixli, 569 nömrəli Sərəncamının icrası çərçivəsində tikilir.

DİGƏR XƏBƏRLƏR

Top