Paşinyan: "Putinə dedim ki, torpaqları 5+2 şəklində qaytararaq atəşkəs istəyirəm, ancaq Hadrut..."


Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi dövründə baş verən hadisələrdən danışıb.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Paşinyan təqdim etdiyi hesabatda 19 oktyabr 2020-ci il və sonrakı tarixdə baş verən hadisələrə toxunub. O bildirib ki, müharibə vaxtı keçirdiyi təhlükəsizlik şurasının iclasından sonra atəşkəs istəyiblər: “Təhlükəsizlik şurasının iclasını çağırdım. İclasda müxalifət də iştirak etdi. Elə həmin gün parlamentdənkənar müxalifət nümayəndələrini də dəvət etdim və vəziyyət barədə onlara məlumat verdim. Bundan sonra razılaşmaya əsasən Rusiya prezidentinə zəng vurdum və dedim ki, Azərbaycan ərazilərini 5 + 2 şəklində geri qaytarmaq şərti ilə atəşkəs istəyirik. Putinlə ətraflı bir müzakirə apardıq və ortaq bir fikir əldə etdik. Putin qaçqınların qaytarılması, azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıtmalı olduğunu vurğuladı. Dedim ki, bu məsələyə etirazımız yoxdur ancaq, status məsələsi buna bağlı olaraq həll edilməlidir”.
Paşinyanın sözlərinə görə, onlar bu təklifin qarşılığında Dağlıq Qarabağın statusunu və Azərbaycan ordusunun işğaldan azad etdiyi Hadrut qəsəbəsini geri qaytarılmasını istəyib. Putin daha sonra Azərbaycan prezidenti İlham Əliyevə zəng edib və bu məsələlər və ermənilərin təklifi barədə müzakirə aparıb:
“İlham Əliyev Hadrutun geri qaytarılmasını qəti şəkildə rədd etdi. Status məsələsi də ortada qaldı. Həmçinin demək istəyirəm ki, biz Qarabağ məsələsinin həllini miras qoyduq. Əvvəlki bütün rəhbərlik bu məsələni sadəcə dondurmuşdu”.

DİGƏR XƏBƏRLƏR

Top