“8 Noyabr” prospektində “Zəfər” muzeyinin yaradılması da gözlənilir - FOTO


Paytaxtın Xətai rayonunda yerləşən “Nobel” prospektinin və “Zığ şossesi”nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək "8 Noyabr" prospekti adlandırılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a verilən məlumata görə, yəqin ki, “Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılması məqsədəuyğun olacaq:
"Qeyd edilməlidir ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ şossesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanıb və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib".


DİGƏR XƏBƏRLƏR

Top