"Albert Rıjiy"ı öldürməkdə təqsirləndirilən şəxs saxlanıldı


Moskvada fitness klubunda azərbaycanlı "qanuni oğru" Əli Heydərovu güllələməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Baş İstintaq Komitəsi rəhbərinin köməkçisi Yuliya İvanova bildirib. Onun sözlərinə görə, hazırda təqsirləndirilən şəxsin gizləndiyi evdə axtarışlar aparılır. Y. İvanova bildirib ki, qısa müddət ərzində təqsirləndirilən şəxs istintaq prosesinin başlanması üçün Rusiya İstintaq Komitəsinin Moskvadakı Baş İstintaq İdarəsinə təhvil veriləcək.
Qeyd edək ki, aprel ayının 12-də "Albert Rıjiy" kimi tanınan kriminal avtoritet Əli Heydərov Moskvanın şimal-qərbindəki “Alye Parusa” yaşayış kompleksində yerləşən bir fitness klubunda güllələnib. O hadisə yerində dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top