Videosu yayılan qazi xəstəxanaya yerləşdirildi - VİDEO


Ötən gün sosial şəbəkələrdə Ağdaş rayonun Ovculu kənd sakini, Vətən Müharibəsi qazisi Tarverdiyev Şahmar Şaban oğlunun kadrları yayılıb.
Kadrlarda qazinin özündə olmadığı və dayanmadan qışqırdığı görünür. Kadrları yayan şəxs onun müharibə zamanı aldığı travmalar nəticəsində bu hala düşdüyünü və köməyə ehtiyacı olduğunu bildirir.
Qazinin anası isə bildirib ki, döyüşlər zamanı yanında partlayan partlayıcı nəticəsində qulağından qan gəlib və hər gün belə travmalar yaşayır.
O, Şahmarın özündə olmayaraq özünə xətər yetirdiyini və nəticədə əl-ayaq barmaqlarının əksəriyyətinin qırıq olduğunu bildirib.
Məsələ ilə bağlı Ağdaş rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, Şahmar Tarverdiyev hospitallarda müalicə alıb: "Rayon icra hakimiyyətinin nümayəndələri qazinin evində olub, Milli Məclisin deputatı Moskvadan dərman gətizdirib. İcra hakimiyyəti tərəfindən, YAŞAT Fondu tərəfindən lazım olan bütün şeylər edilib. Onun burada heç bir şikayəti, heç bir narazılığı yoxdur. Yenə də biz onun qulluğunda hazırıq" - deyə qeyd olunub.
Bu gün isə qazi Şahmar Tarverdiyevin yeni görüntüləri yayılıb. Görüntülərdə idmançı Kamil Zeynallı qazi Şahmar Tarverdiyevi Maştağadakı xəstəxanaya yerləşdirdiyini və qısa müddətdə sağlamlığına qayıtması üçün lazım olan hər şeyi edəcəklərini bildirib.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top