Bakıda yeniyetmə özünü hündürmərtəbəli binanın damından atdı - VİDEO


Bakının Nərimanov rayonunda yeniyetmə oğlan intihar edib.
Yeniavaz.com baku.ws-ə istinadla xəbər verir ki, yaşı təxminən 16-17 olan oğlan özünü Fətəli Xan Xoyski 112 ünvanında, “Yaşam” Tibb Mərkəzinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının damından atıb.
Nəticədə yeniyetmə hadisə yerində ölüb.
Damdan onun çantası və içərisindən dəftər və kitablar tapılıb. Onun həmin binada yaşamadığı deyilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

DİGƏR XƏBƏRLƏR

Top