
Rusiya 15 döyüş gəmisi və Xəzər donanmasına aid 3 topçu və 8 hərbi qayığının Qara dənizə göndərildiyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub Bölgəsi üzrə Hərbi Komandanlığı məlumat verib. Hazırda donanma gəmilərinin Volqaqrad, Kalaç-on-Don, Volqodonsk və və Semikarakorsk ərazisində olduğu vurğulanıb. Rusiya MN Xəzər donanmasının Qara dənizdəki hərbi qüvvələrlə birgə dəniz təlimlərinə qatılacağını açıqlayıb.
Qeyd edək ki, Ukrayna baş qərargah rəisi Ruslan Homçak 30 martda parlamentdəki çıxışında Rusiyanın təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına qoşun göndərdiyini bildirmişdi.