Rusiya Aİ və G-7 ölkələrinə cavab verdi


“Rusiya, Ukrayna ətrafındakı vəziyyətlə bağlı məsələlərin izahatını artıq verib”.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri Kremlin sözçüsü Dmitri Peskov G7 ölkələrinin xarici işlər nazirlərinin və Avropa İttifaqının birgə bəyənatına qarşı söyləyib. O bildirib ki, Rusiya silahlı qüvvələrinin öz ərazisində hərəkət etməsi heç kim üçün təhlükə deyil.
Qeyd edək ki, G-7 təşkilatına üzv olan ölkələrin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) ali rəhbərləri Rusiya ilə Ukrayna arasında yaranan vəziyyətlə əlaqədar birgə bəyanat yayıb. Bəyanatda Rusiyadan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində öhdəliklərini yerinə yetirməsi və Vyana razılaşması çərçivəsində qurulmuş prosedurlara cavab verməsi istənilib.

DİGƏR XƏBƏRLƏR

Top