Mingəçevirdə icra başçısı aprel şəhidlərinin ailələrini ziyarət edib - FOTOLAR


Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından 5 il ötür. Aprel döyüşləri həm də Azərbaycanın düşmən üzərində böyük qələbəsini yaxınlaşdırdı, bu istiqamətdə çox önəmli tarixi addım oldu. Bu tarixi qələbəni yaşadanları xalq unutmur. Onlar daim yad edilir, xatirələri əziz tutulur. Mingəçevir şəhəri aprel döyüşlərində 4 igid şəhid verdi. Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımov aprel döyüşlərində qəhrəmanlıq göstərərk öz qanları, canları ilə torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucaldılar. 
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aprel şəhidlərindən Rüstəm Əhmədovun, Adil Adilzadənin və Teymur Qasımovun ailə üzvüləri ilə görüşüb, onları ziyarət edib. İcra başçısı bildirib ki, hər bir şəhid ailəsinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır. Bununla bağlı Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.
Şəhid ailələri bu görüşdən mənun olduqlarını bildirib, onlara göstərilən daimi dövlət dəstəyinə görə minnətdarlıq ediblər.
Qeyd edək ki, Mingəçevirdə dörd Aprel şəhidinin ailəsindən ikisi Gəncə şəhərində mənzillə təmin olunub. Digər iki ailənin Mingəçevir şəhərindəki torpaq sahələrində yerləşən və yararsız halda olan mənzilləri sökülərək, yeni, 3 otaqlı geniş mənzillər tikilib istifadəyə verilib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top