Koronavirusdan sonra bu fəsadlar ola bilər - Həkim AÇIQLADI


Koronavirus infeksiyasına yoluxan xəstələrdə daha sonra müxtəlif xəstəliklər yaranır.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Sağlamlıq, Tətbiq və Araşdırma Xəstəxanası, Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Fakültəsi üzvü Proffessor Alper Şener deyib. Mütəxəssisin sözlərinə görə, son zamanlar istər Türkiyədə, eləcə də dünyada koronavirusa yoluxma statistikasında artım var: “Koronavirus infeksiyasına yoluxan xəstələrdə daha sonra ağciyər, böyrək, qaraciyərdə zədələnmələr və şəkərli diabet kimi xəstəliklər yaranır. Bunu artıq bir çox xəstələrdə müşahidə etmişik. Düşünürəm ki, bu cür xroniki xəstəliklər sistemində ciddi şəkildə yük yaranacaq. Tədbirlər nə qədər tez alınar və əməl olunarsa yaxşı olar. Ən vacibi insanların sürətli şəkildə peyvəndlənməsidir”.
Kardioloq Kənan Durna isə pandemiya ərzində insanların evə qapanaraq hərəkətsiz qaldığını, daha çox qida istehlak etdiyini bunun da damar tıxanıqlığına səbəb olduğunu bildirdi: “Ürək-damar xəstəliyi olan şəxslər bu dövr ərzində diqqətli olmalıdırlar. Damar tıxanıqlığının yaranmaması üçün qanı duruldan preparatlardan istifadə etməlidir. Mütləq ev şəraitində idman hərəkətləri etmək lazımdır. Ürək-damar xəstəliklərini yaradan dörd əsas səbəb var: Hipertoniya, diabet, xolesterol və siqaret. Bunlara diqqət yetirmək və onları aradan qaldırmaq lazımdır. Siqaret səbəbilə infarkt halları ilə tez-tez rastlaşırıq, ona görə xüsusilə uzaq olmaqda fayda var”.

DİGƏR XƏBƏRLƏR

Top