ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus təşkilatın Cenevrə şəhərindəki mərkəzində video formatda mətbuat konfransı keçirib.
Yeniavaz.com xəbər verir ki, baş direktor koronavirusun tam bitməsi üçün vaxta ehtiyac olduğunu deyib. O həmçinin ilin ilk iki ayı ərzində yoluxma və ölüm sayının azladığını bildirib.
Fiziki məsafə, maskadan istifadə, izolyasiya və karantin tədbirlərinin koronavirusa qarşı mübarizədə təsirli olduğu da vurğulanıb.
ÜST-ün direktoru qapanmaların olmasını istəmədiyini deyib:
“Biz də cəmiyyətlərin və iqtisadiyyatların canlanmasını, səyahət və ticarətin yenidən fəaliyyətini davam etdirməsini istəyirik. Ancaq hazırda bir çox ölkədə xəstəxanalar ağır xəstələrlə doludur və insanlar ölür. Bunun qarşısını ala bilərik”.