Mingəçevir şəhərində “Şəhid bulağı”nın açılış mərasimi olub - FOTOLAR


Mingəçevir şəhərində Vətən müharibəsi iştirakçısı şəhid Xankişiyev Fuad Şöhrət oğlunun adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.
Yeniavaz.com
xəbər verir ki, mərasimdə şəhid ailələri, qazilər, şəhər ziyalıları, məktəblilər iştirak ediblər. “Şəhid bulağı”nın açılışı həm də Fuad Xankişiyevin şəhidlik zirvəsinə ucaldıqdan sonrakı ilk doğum gününə - 25 yaşının tamam olduğu günə təsadüf edir.
Qeyd edək ki, Fuad Xankişiyev Füzulidən Daşlatı-Çanaqçıyacan döyüş yolu keçib. Noyabrın 3-də ağır döyüşlərin birində qəhrəmancasına həlak olan şəhidimiz noyabrın 6-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. F. Xankişiyev Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top