Türkiyədə COVID-19-un yeni mutasiyasına qarşı dərman hazırlandı


Türkiyənin TÜBİTAK şirkətinin dəstəyi ilə Ankara Universiteti Kök Hüceyrə İnstitutunda 37 tədqiqatçının iştirakı ilə COVID-19 xəstələrinin müalicəsində istifadə ediləcək dərman hazırlanıb.
Yeniavaz.com
xəbər verir ki, “Ribavirin” adlı dərmanın həm mutasiya olunmuş virusa, həm də COVİD-19-a qarşı təsirli olduğu bildirilib. 1-2 həftə ərzində klinik mərhələyə girəcək dərman ilk olaraq 50 könüllü xəstəyə tətbiq ediləcək. Məlumata görə, tədqiqatlardan sonra heç bir problem olmazsa və Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənərsə bu ilin sonuna qədər dərman istehsal edilib, COVİD-19 xəstələrində istifadə ediləcək. 

DİGƏR XƏBƏRLƏR

Top