Lavrov və Zərif Qarabağ məsələsini müzakirə edib


Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif müharibədən sonra Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın XİN başçısıTehranda aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında məlumat verib:
"Biz münaqişənin nəticələrinin aradan qaldırılmasından, uzunmüddətli siyasi və diplomatik həllinin ədalətli şəkildə Azərbaycan və Ermənistan xalqlarının mənafelərinə uyğun əldə olunmasından və bu məsələdə region ölkələrinin oynaya biləcəyi roldan danışdıq”.

DİGƏR XƏBƏRLƏR

Top