ABŞ Müdafiə Nazirliyi koronavirusla mübarizə çərçivəsində mikroçip hazırlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, alimlər həmin çipin virus daçıyıcılarının hərəkətlərini izləmək üçün hazırlamadıqlarını açıqlayıb. Pentaqondan verilən məlumata görə, bəhs edilən mikroçip koronavirus infeksiyasını aşkarlamaq üçündür. Belə ki, “CBS” televizya kanalında yayımlanan çipin istifadə qaydaları da açıqlanıb: “Onu dərinizin altına yerləşdirirsiniz sizə orqanizminizdə kimyəvi reaksiyalar olduğunu göstərir və bu simptonların sabah üzə çıxa biləcəyindən xəbər verir”.