ABŞ PUA-ları Krım ətrafında havaya qalxdı, rus mediası müharibə üçün tarix verdi - FOTOLAR


Rusiya mətbuatı ABŞ-a aid pilotsuz təyyarələrin Krım ətrafında uçuşlar həyata keçirdiyini bildirib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, Ukrayna Türkiyədən satın alındığı PUA-larla sərhəd bölgələrində uçuşlar həyata keçirib. Bunun təhlükəli hal olduğu vurğulanıb və aprel ayının ikinci yarısında hərbi müdaxilənin başlayacağı iddia edilib.

Başqa bir məlumatda isə bildirilir ki, Ukrayna Silahlı Qüvvələri Donbasdakı separatçılara hücum edib. Həmin hadisədən bir neçə gün qabaq isə bölgədə ABŞ-a aid pilotsuz təyyarələr uçuşlar həyata keçirib. 

Rusiya ordusunun məlumatlarını yayımlayan rəsmi “Zvezda” telekanalı isə Rusiyaya aid hərbi gəmilərin əvvəlcə Qara dənizdə raket atışları etdiyini sonra isə qırıcıların havalandığını yazıb. Bildirilib ki, Su-27SM, Su-30SM, Su-24M ve Su-34-lər güc nümayiş etdiriblər. 

Qeyd edək ki, bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO rəsmiləri ilə görüşəcək. Həmin iclasda verilən qərarlar Ukrayna-Rusiya arasındakı hadisələrin növbəti mərhələsinə təsir edəcək. 
Xatırladaq ki, bir müddətdir Rusiya-Ukrayna arasında gərginlik artaraq davam edir. Həm Rusiya həm də Ukrayna sərhəd bölgəsinə çox sayda silah-sursat yığıb. 


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top