G-7 və Aİ Ukrayna sərhədində başlayan gərginliklə bağlı bəyanat yaydı


Dünyanın 7 böyük ölkəsindən ibarət G-7 təşkilatına üzv olan ölkələrin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) ali rəhbələri Rusiya ilə Ukrayna arasında yaranan vəziyyətlə əlaqədar birgə bəyanat yayıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bəyanatda Rusiyanın Ukrayna sərhədində hərbi birliklərini artırmalarından narahat olduqlarını dilə gətirib.
Bəyanatda əvvəlcədən xəbərdarlıq edilmədən başqa bir ölkənin sərhədlərinə yaxın ərazilərə hərbi birlik yerləşdirməsinin təhdid xarakteri daşıdığı qeyd olunub. Bəyanatda həmçinin Rusiyadan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində öhdəliklərini yerinə yetirməsi və Vyana razılaşması çərçivəsində qurulmuş prosedurlara cavab verməsi istənilib.

DİGƏR XƏBƏRLƏR

Top